Əsas məzmuna keçin

Haqqımızda

Biz özümüz sahibkarıq.

“Gecə saat birdə kassanı sayıb, səhər yenə Excel açanda başa düşdük: problem biz deyilik, alətlərdir.”

Biz də öz biznesimizi idarə edirdik və hər sahibkarın bildiyi şeyi yaşayırdıq: satış bir dəftərdə, anbar başqa cədvəldə, mənfəət isə təxmini. Mühasib ayda bir dəfə gəlirdi, suallarımız isə hər gün yaranırdı.

Özümüz üçün sistem qurduq. Sonra qonşu restoran istədi, sonra dostumuzun mağazası.

Biz proqram satmırıq. Sizin yerinizdə olmuşuq, ona görə sistemi qurub yanınızda qalırıq.

Təsisçi

Mənsurə Fətəliyeva, təsisçi

Üç qaydamız var.

  1. Sadə danışırıq

    Debet, kredit, balans demirik. Sizə lazım olan rəqəmi göstəririk: bu gün nə qazandınız.

  2. Yanınızda qalırıq

    Qurub getmirik. Sual yaranırsa, biznesinizi tanıyan adam cavab verir.

  3. Rəqəm yalan danışmır

    Hər rəqəm real satışdan və real xərcdən gəlir. Təxmin yoxdur.

Biznesinizdən danışın. Qalanını biz edək.

Formu doldurun, 24 saat ərzində zəng edək. Tanışlıq zəngi pulsuzdur və heç bir öhdəlik yaratmır.

  1. Siz formu doldurursunuz
  2. Biz zəng edib dinləyirik
  3. Sisteminiz qurulur
Sahə
İndi necə aparırsınız?

24 saat ərzində zəng edirik